• Proqram təminatının test və deployment proseslərinin tam avtomatlaşdırılması
• Serverlərin, verilənlər bazalarının və şəbəkə konfiqurasiyalarının "Infrastructure as Code" (IaC) prinsipi ilə idarə olunması
• Web server və proxy infrastrukturunun (Nginx, Apache) qurulması, konfiqurasiyası və optimallaşdırılması
• Load balancing həllərinin layihələndirilməsi və qurulması, trafikin səmərəli paylanması, failover mexanizmləri və yüksək əlçatanlığın (High Availability) təmin edilməsi
• Konteynerləşdirilmiş sistemlərin idarə olunması, orkestrasiyası
• Sistemlərin fasiləsiz və sabit işləməsinin təmin edilməsi, resursların optimallaşdırılması
• Təhlükəsizlik boşluqlarının aşkarlanması və aradan qaldırılması
• Sistemlərdə baş verə biləcək problemlərin qabaqlayıcı monitorinqi və alert sistemlərinin qurulması
• İnsidentlərə operativ reaksiya vermək və kök səbəb analizi (root cause analysis) aparmaq
• İnfrastruktur, deployment və CI/CD proseslərini həyata keçirmək və idarə etmək
• Sahə üzrə (sistem inzibatçılığı və ya DevOps) minimum 2 il real iş təcrübəsi
• Linux əməliyyat sistemlərinə (CentOS, Debian, Ubuntu və digər distributivlər) inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər
• Windows Server mühitinin idarə olunması təcrübəsi — Active Directory, IIS, PowerShell və sistem inzibatçılığı
• Proxy və web server-lərlə iş təcrübəsi — Nginx, Apache və s.
• Load balancing həllərinin qurulması və idarə olunması üzrə təcrübə
• IaC alətləri ilə təcrübə — Terraform
• Bash Script ilə praktiki biliklər
• Version Control alətləri ilə təcrübə — Git
• GitLab və GitHub ilə iş təcrübəsi
• CD prosesləri ilə bağlı təcrübə
• Docker konteynerləri ilə bağlı bilik və təcrübə (Docker, Dockerfile, Docker Compose, Docker networking, image, image layer və s.)
• Continuous Monitoring üçün biliklər
• Logging texnologiyaları ilə bağlı biliklər
• Cloudflare ilə iş təcrübəsi
• SSL/TLS sertifikatları ilə bağlı biliklər — sertifikatların qurulması, yenilənməsi və idarə olunması (Let"s Encrypt, Certbot və s.)
• SSH protokolu üzrə biliklər — açar əsaslı autentifikasiya, təhlükəsizlik konfiqurasiyaları və uzaqdan server idarəetməsi