Bölmələr
İstifadəçi razılaşması
Əsas səhifə / İstifadəçi razılaşması

İstifadəçi Razılaşmasının əsası portalda təklif olunan xidmətlərin, bu xidmətlərdən istifadə şərtlərinin, tərəflərin hüquq və öhdəliklərinin müəyyən edilməsidir.

1. Bu Müqavilə, Sizə təqdim edilən platformada (“Şəxsi kabinet”) qeydiyyatdan keçərək əlavə etdiyiniz fərdi məlumatların (“Fərdi məlumatlar”) Baku Electronics tərəfindən əldə edilməsi və istifadəsi şərtlərini müəyyən edir.
2. İstifadəçi təsdiq edir ki, “Şəxsi kabinet”də tərəfin əlavə edilən və Baku Electronics-ə təqdim edilən fərdi məlumatları İstifadəçiyə məxsusdur və bu məlumatlar “Şəxsi kabinet”ə şəxsin özü tərəfindən yerləşdirilmişdir. Həmçinin tərəfindən təqdim edilən məlumatları Baku Electronics, mövcud iş imkanları ilə uyğunlaşdırmaq üçün sərbəst şəkildə istifadə edə bilər.
3. İstifadəçi üzvlük prosedurlarını yerinə yetirərkən, saytın xidmətlərindən yararlanarkən və onunla bağlı hər hansı əməliyyatları həyata keçirərkən İstifadəçi Müqaviləsindəki bütün şərtlərə, saytın müvafiq hissələrində göstərilən qaydalara və bütün qüvvədə olan qanunvericiliyə əməl etməlidir.
4. Baku Electronics öz növbəsində istifadəçilərin istifadə etdikləri sistemə giriş vasitələrinin (İstifadəçi adı, parol və.s) təhlükəsizliyi, saxlanması, üçüncü şəxslərin məlumatlarından uzaq tutulması və istifadəsi ilə bağlı tədbirlər görəcəkdir.
5. İstifadəçilər qeyd edilən İstifadəçi Müqaviləsinin saytın fəaliyyət göstərdiyi istənilən mühitdə, o cümlədən mobil mühitdə etibarlı olacağını qəbul edir, bəyan edir və öhdəsinə götürürlər.
6. İstifadəçi Müqaviləsində müəyyən edilmiş işləri və əməliyyatları daha effektiv yerinə yetirmələrini təmin etmək üçün Baku Electronics istənilən vaxt Xidmətlərində dəyişikliklər və/yaxud uyğunlaşmalar edə və əlavə Xidmətlər təklif edə bilər.

Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz