Aktiv vakansiyalara daha sürətli və rahat müraciət edə bilmək üçün qeydiyyat mütləqdir. Qeydiyyatsız müraciət mümkün deyil. Qeydiyyatdan bir dəfə keçdikdən sonra yaranan vakansiyalara asan bir şəkildə “Müraciət et” düyməsini klikləyərək, müraciət etmiş olacaqsınız. Həmçinin sizə ünvanlanmış bildirişlərə şəxsi kabinetinizdə, və yaxud elektron poçtunuzda nəzər yetirə biləcəksiniz. Şəxsi kabinetinizdəki məlumatları daxil edərkən ulduzla işarələnmiş məlumatların daxil edilməsi zəruridir. Şəxsi kabinetiniz formalaşdıqdan sonra məlumatlarınızı müəyyən müddətdən bir yeniləyə bilərsiniz. Şəxsi kabinetinizdəki məlumatların yenilənmiş halı sadəcə yeni müraciətlərinizdə əksini tapacaq.
Qeydiyyatdan keçmək üçün yuxarı sağ hissədə olan Qeydiyyat bölməsinə və yaxud Komandamıza qoşulun bölməsinə klikləyə bilərsiniz.
Qeydiyyat zamanı təsdiqləmə kodunu əldə etməmisinizsə, elektron poçtunuzun "Spam" qovluğuna baxa bilərsiniz.. Əgər təsdiqləmə kodu həmin qovluqda da yoxdursa, o zaman bu barədə bizi sayt üzərindən əlaqə vasitəsiləri ilə müraciət edə bilərsiniz.
Vakansiyalara müraciət etmək üçün qeydiyyatdan keçmək zəruridir.
Şifrə unudulduğu zaman yuxarı sağ hissədə "Daxil ol" daha sonra isə açılan pəncərədə "Şifrəmi unutmuşam" bölməsinə keçid edərək şifrənin bərpası üçün qeydiyyat zamanı daxil etdiyiniz elektron poçt (e-mail) ünvanını qeyd etməlisiniz.Şifrənin sıfırlanması barədə təlimat həmin elektron ünvana göndəriləcəkdir.
Müraciət etmək üçün bilik və bacarıqlarınıza uyğun vaknsiyaları saytımızın Karyera bölməsindən (https://careers.bakuelectronics.az/az/ ) tanış ola bilərsiniz.
Təhsil aldığınız müddətdə, təhsil tələb edilməyən vəzifələrə, təcrübə proqramları, qısa müddətli layihələrdə iştirak üçün müraciət edə bilərsiniz.
İşə qəbul prosesi müraciətlərin ilkin yoxlanması, qrup və fərdi müsahibələr, namizədin sahə üzrə biliklərini yoxlamaq üçün qabiliyyət testləri mərhələlərindən ibarətdir. Ehtiyyac olduqda, İR Departamenti əlavə müsahibə, xüsusi testlər, təqdimatlar, portfel və s. kimi əlavə komponentləri seçim prosesinə əlavə edə bilər.
Müsahibə nəticəsindən aslı olaraq, imtina cavabı göndərildikdən 6 ay sonra yenidən müraciət edə bilərsiniz.
Müsahibə şirkətin inzibati binasında və yaxud onlayn şəkildə keçirilir. Müsahibə zamanı namizədin müraciət etdiyi sahə üzrə texniki bilikləri, bacarıqları, şirkətin korporativ dəyərlərinə uyğunluğu yoxlanılır.
Test və müsahibə mərhələlərinə gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi gətirmək kifayətdir.
Müraciət çoxluğunu nəzərə alaraq mümkün qədər tez geri dönüş etməyə çalışırıq.
İşə qəbul üzrə müraciət etmiş və ilkin ələnmə mərhələsindən keçmiş namizədlərlə CV-də qeyd olunmuş mobil nömrə/ e-mail vasitəsilə əlaqə saxlanılır.
Nəticələr müsahibədən sonra 2 həftə ərzində sms, telefon zəngi və yaxud e-mail vasitəsi ilə bildirilir.