Bölmələr
Yük maşını sürücüsü
Bitmə tarixi: 30 İyul 2026
Vəzifə funksiyaları
Məhsulların anbardan təhvil alınması və yük maşınına səliqəli şəkildə yüklənməsi;
Daşınan malların təhlükəsizliyini maksimum təmin etməklə, nəqliyyat vasitəsinin düzgün idarə olunması;
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət, texniki xidmətin vaxtında göstərilməsi, ehtimal olunan nasazlıqlar barədə rəhbərliyə öncədən məlumat verilməsi və imkan daxilində onların aradan qaldırılması;
Məhsulların təyinat məntəqəsinə təhlükəsiz, səliqəli və vaxtında çatdırılmasının təmin edilməsi;
Yüklərin nəqliyyat vasitəsinə düzgün şəkildə yüklənməsi, yerləşdirilməsi və sabitlənməsinə nəzarət edilməsi;
Daşınma zamanı tələb olunduqda ağır və iri həcmli məhsulların fiziki daşınmasında fəal iştirak etmək;
Xətt zamanı mexanizmin sökülməsini tələb etməyən xırda texniki nasazlıqların yerində aradan qaldırılması;
Təhkim olunmuş nəqliyyat vasitəsinin daima təmiz və texniki cəhətdən saz vəziyyətdə saxlanılması.
Digər şərtlər
Nəqliyyat vasitələrinin idarə olunması sahəsində ən azı 1-3 il iş təcrübəsi;
Müvafiq kateqoriyalı (B, C kateqoriyası) sürücülük vəsiqəsinə malik olmalı;
Problem həll etmə bacarığı olmalı;
Operativ və düzgün qərar verməyi bacarmalı;
Fiziki sağlamlıq və ağır məişət əşyalarını daşımaq bacarığı;
Avtonəqliyyat vasitəsinin düzgün texniki istismarı üzrə baza biliklərinə sahib olmalı.
Dil biliyi
Tələb olunmur
Kompüter biliyi
Tələb olunmur
Vakansiya tarixi
14 İyul 2026
Bitmə tarixi
30 İyul 2026
Təhsil səviyyəsi
Tələb olunmur
Sahə üzrə iş təcrübəsi
3 - 5 il
Ünvan
Bakı, Xırdalan ş., Abşeron rayonu, Hökməli dairəsi Şamaxı şossesi 16
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz