Vakant tələblərin sistemi üzərindən yoxlanılması və statuslarının düzgünlüyünün təmin edilməsi;
İşə qəbul KPI hesabatlarına əsasən vakansiya statuslarının yenilənməsi və monitorinqi;
İşə qəbul proseslərinin koordinasiyası və komandanın fəaliyyətinə nəzarət;
Karyera günləri, təcrübə proqramları və digər employer branding layihələrinin planlanması və dəstəklənməsi;
Aylıq və rüblük işə qəbul planlarının hazırlanması, kurasiya bölgüsü və büdcə ehtiyaclarının müəyyənləşdirilməsi;
İş elan saytları, sosial və peşəkar şəbəkələr, eləcə də agentliklərlə əməkdaşlıq vasitəsilə namizəd cəlbinin təşkili;
Karyera platformasının inkişafı ilə bağlı müzakirələrdə iştirak, təklif və rəylərin təqdim edilməsi;
İşə qəbul proseslərinin optimallaşdırılması və effektivliyin artırılması üzrə təşəbbüslərin irəli sürülməsi.
İnsan Resursları, Biznesin İdarəedilməsi və ya uyğun sahə üzrə ali təhsil;
İşə qəbul sahəsində minimum 5 il iş təcrübəsi;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşünmə və hesabatlarla işləmə bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Yüksək məsuliyyətlilik və nəticəyönümlü yanaşma.