Bölmələr
Onlayn satış şöbə müdiri
Bitmə tarixi: 02 İyun 2026
Vəzifə funksiyaları
Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfləri komanda üzvlərinə düzgün şəkildə bölüşdürmək və icrasına nəzarət etmək;
Onlayn satışların artırılması və satış proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
Şirkətin veb-saytları üzrə trafik göstəricilərini izləmək, problemləri analiz etmək və aradan qaldırılmasına nəzarət etmək;
Gündəlik satış nəticələrini təhlil etmək, KPI göstəriciləri üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq;
Brendlər üzrə bazar araşdırmaları aparmaq və rəqabət mühitini analiz etmək;
Sayt üzərindən daxil olan sifarişləri izləmək, stok idarəçiliyi və çatdırılma proseslərinin effektivliyinə nəzarət etmək.
Digər şərtlər
E-commerce və ya onlayn satış sahəsində iş təcrübəsi;
Güclü analitik düşüncə və məlumatlarla işləmə qabiliyyəti;
Effektiv ünsiyyət və təqdimat bacarıqları;
Problemləri operativ şəkildə analiz edib həll etmə bacarığı;
Google Analytics və digər analitik alətlərlə işləmə bacarığı;
CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Dil biliyi
  • İngilis - Orta
  • Rus - Orta
Kompüter biliyi
  • Microsoft Office - Yüksək
  • Google Analytics və ya digər veb-analitika alətləri ilə işləmə bacarığı - Orta
  • CRM sistemləri ilə iş təcrübəsi (müştəri bazasının idarə olunması, satış funnel izlənməsi) - Orta
  • E-commerce platformaları ilə işləmə təcrübəsi (sifarişlərin idarə olunması, məhsul yerləşdirilməsi və stok nəzarəti) - Orta
Vakansiya tarixi
02 Aprel 2026
Bitmə tarixi
02 İyun 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
4 - 6 il
Ünvan
Bakı,
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz