Müştəri həyat dövrünün (customer lifecycle) bütün mərhələlərini əhatə edən CRM və CX strategiyalarını hazırlamaq, tətbiq etmək və idarə etmək;
Müştəri məlumatlarını təhlil edərək seqmentasiya, fərdiləşdirmə və hədəflənmiş marketinq kampaniyaları hazırlamaq;
Müştəri rəylərini toplamaq və təhlil edərək təcrübəni yaxşılaşdıracaq sahələri müəyyənləşdirmək;
Marketinq, Satış, Kommersiya və digər bölmələrlə sıx əməkdaşlıq edərək ümumi müştəri təcrübəsini təkmilləşdirmək;
Müştəri loyallığını artıracaq proqramlar və təşəbbüslər hazırlamaq və idarə etmək;
Müştəri təcrübəsinin performansını izləmək üçün KPI-ları müəyyənləşdirmək və hesabatlılığı təmin etmək;
CRM texnologiyaları və alətlərini idarə etmək, yeni texnologiyaları araşdırmaq və proseslərə inteqrasiya etmək;
Komandanı yönləndirmək, motivasiya etmək və onların peşəkar inkişafına dəstək olmaq.
CRM və CX sahəsində minimum 4-6 il iş təcrübəsi;
Uğurlu CRM və müştəri loyallığı proqramlarının idarə olunmasında təcrübə;Güclü analitik bacarıqlar və data əsaslı qərarvermə qabiliyyəti;
Müştəri səyahəti (customer journey) və müştəri seqmentasiyası üzrə dərin biliklər;
Analitika alətləri (Google Analytics, Data Studio, Power BI və s.) ilə işləmə bacarığı;
Marketing avtomatlaşdırma sistemləri, CRM proqramları (Salesforce, HubSpot və s.) üzrə təcrübə;
Yüksək səviyyədə ünsiyyət, təqdimat və liderlik bacarıqları;
Nəticəyönümlü, motivasiyalı və proaktiv iş yanaşması;
Müxtəlif səviyyələrdəki tərəfdaşlarla səmərəli ünsiyyət və cross-functional əməkdaşlıq bacarığı;
Prioritetləri düzgün müəyyən etmək, çoxsaylı layihələri eyni vaxtda idarə etmək bacarığı;
İngilis dili mükəmməl, rus dili bilikləri üstünlükdür.