İşə başlamzadan öncə xidməti geyimini geyinmək;
İş vaxtı diqqətli olmaq, kənar işlərlə məşğul olmamaq;
İşə yararlı olan avadanlıq və alətlərdən istifadə etmək;
Xidməti istifadəsinə aid olmayan avadanlıq və qurğuları işə salmamaq;
Xüsusi yuyucu və təmizləyici mayelərdən istifadə etdikdən sonra mayenin tam yuyulmasını və qalıqlarının qalmamasını yoxlamaq;
Mənşəyi məlum olmayan yuyucu vasitələrdən istifadə etməmək;
Üzərində sənəd, qovluq, kitab və digər əşyalar olan masalardan və əşyalardan tozu silən zaman sənədləri və əşyaları əvvəlki yerlərinə qoymaq;
Təmizlik işləri aparılan otaqda işi yekunlaşdırandan sonra görülən işələrin tam və təmiz yerinə yetirilməsinə və otaqda artıq əşyalarının unutmadığını yoxlamaq;