Kampaniyalar, xidmətlər, qiymət dəyişiklikləri və s. barədə satış məsləhətçilərini məlumatlandırmaq məqsədi ilə gündəlik brifinqlər keçirmək;
Şöbənin işçiləri tərəfindən qüvvədə olan kampaniyaların şərtlərinin icra olunmasına nəzarət etmək;
Sınaq müddətində öyrədilməsi üçün təhkim olunan yeni işçilərin məhsul biliyini artırmaq, qaydaları izah etmək, əməliyyat sistemini və iş proseslərinin həyata keçirilməsini öyrətmək məqsədi ilə onlara işbaşı təlimlər vermək;
Şöbənin sifarişlərini və mal hərəkətini daimi nəzarətdə saxlamaq, yeni məhsullar və tələb olunan məhsullar haqqında sifarişi tabe olduğu iş rəhbərinə təqdim etmək;
Şöbədə tələb olunan qiymət dəyişiklərinin dərhal aparılmasına nəzarət etmək və bu barədə tabe olduğu iş rəhbərinə məlumat vermək.