Müştərilərin gəlişinə kimi şöbədə hazırlıq işlərinin yekunlaşdırılmasını təmin etmək (vitrinlərin səliqəsinin təmin edilməsi, doldurulması, qiymət cədvəllərinin yoxlanması və sair işlər).
Kampaniyalar, xidmətlər, qiymət dəyişiklikləri və sair xidməti məsələlərin müzakirəsi üçün gündəlik toplantılarda iştirak etmək.
Qüvvədə olan kampaniyaların şərtlərinin icrasını təmin etmək.
Şöbənin sifarişlərini və mal hərəkətini daimi nəzarətdə saxlamaq, yeni və tələb olunan məhsullar haqqında sifarişi tabe olduğu iş rəhbərinə təqdim etmək.
Müştərini gülərüzlə qarşılamaq, ona mağazada olan kampaniyalar, Bonus Kartı, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək.
Təyin olduğu şöbəyə daxil olan hər bir müştəriyə özəl xidmət göstərmək, satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək.
Müştərinin seçdiyi mal kampaniyaya düşərsə hədiyyələr və endirimlər haqqında müştərini məlumatlandırmaq.
Müştərinin almaq istədiyi məhsulun modelinə, rənginə və digər fərqləndirici xüsusiyyətlərinə görə məhsul kodunu müştəriyə təqdim etmək. Müştərinin seçdiyi mal kampaniyaya düşərsə bu barədə məhsul kodu ilə yanaşı müvafiq qeyd aparmaq.
Məhsul vitrindən verildiyi halda ödəniş çekinə əsasən müştəriyə malı təhvil vermək.
Şöbədə malların üzərində olan siqnalizasiya sisteminin aktiv olmasını təmin etmək.