Bölmələr
Əmək münasibətləri üzrə aparıcı mütəxəssis
Bitmə tarixi: 31 Avqust 2024
Vəzifə funksiyaları
- Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsi, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, başqa işə keçirmə, başqa işçinin əmək funksiyasının icrası, mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi və əmək şəraiti şərtlərinin (əlavələrin) dəyişdirilməsinin sənədləşdirilməsini təmin etmək;
- Əmək müqaviləsinin İşəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətli əmək müqaviləsinə xitam verilməsi və yaxud müddətinin uzadılması, əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsi və əmək müqaviləsinə (işçilərin ixtisarı) xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
- Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin, əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
- Ezamiyyət və məzuniyyət sənədlərini hazırlanmaq və təhvil-təslim etmək;
- Elektron imza ilə daxil olaraq kadr kargüzarlığına aid bütün növ əməliyyatların E-gov.az , ƏMAS, elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
- İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunmasını, işçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək;
- Əməyin ödənilməsi normalarının sənədləşdirilməsini təmin etmək; - Kadr kargüzarlığna aid hesabatları (aylıq, rüblük,illik) hazırlamaq və təqdim etmək;
Digər şərtlər
Namizədə aid tələblər:

- Ali təhsili olmalı;
- Müvafiq sahə üzrə 2-4 il iş təcrübəsinə sahib olmalı;
- Əmək qanunvericiliyini yaxşı bilməli;
- Microsoft Office (Excel, Word) proqramlarını yaxşı bilməli;
- Rus və ya İngilis dilini bilmək üstünlükdür;
- İnkişafa meyilli olmalı;
- İş mühitinə uyğunlaşmalı, kollektivlə birgə işləməyi bacarmalı
Dil biliyi
  • Rus - Orta
  • İngilis - Orta
Kompüter biliyi
  • Microsoft Excel - Yüksək
  • Microsoft Word - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
24 İyul 2024
Bitmə tarixi
31 Avqust 2024
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
2 - 4 il
Ünvan
Bakı, Bakı ş., Binəqədi rayonu, Ə. Naxçıvani küç. 3066
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz