Müştərilərə mağazada olan kampaniyalar, Bonus Kartı, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
Şöbənin sifarişlərini və mal hərəkətini daimi nəzarətdə saxlamaq, yeni və tələb olunan məhsullar haqqında sifarişi tabe olduğu iş rəhbərinə təqdim etmək;
Qüvvədə olan kampaniyaların şərtlərinin icrasını təmin etmək;
Mağaza vitrinlərinin tərtibatında merçendayzinq standartlarına və məhsul mütəxəssislərinin rəyinə riayət etmək;
Məhsul sifarişlərini vaxtında və düzgün verilməsini təmin etmək;